Avropa Parlamentindən Yunuslara azadlıq tələbi

Avropa parlamentinin insan hüquqları üzrə alt komitəsi hüquq müdafiəçiləri Leyla və Arif Yunusların dərhal azadlığa buraxılmasını tələb  edib.

Yelena Valençianonun alt komitənin adından verdiyi bəyanatda Avropa parlamenti qanuni hüquq fəaliyyətlərinə görə Leyla və Arif Yunusların barəsində sərt hökm çıxarılmasını dərin narahatlıqla pisləyib və hakimiyyəti Yunuslar cütlüyünü dərhal azadlığa buraxmağa çağırıb, çünki belə  hökm onlar üçün ölüm hökmünə bərabərdir (contact.az)