Türkiyə qırıcı təyyarələrini havaya qaldırdı

Türkiyənin hərbi-hava qüvvələri iyulun 23-də ölkənin Suriya ilə sərhəd olan cənub-şərq bölgəsinə qırıcı təyyarələr göndərib.
 
Hərbi sərhəd məntəqəsində Türkiyə əsgərinin öldürülməsindən sonra baş verib.
 
Bu arada Türkiyə Silahlı Qüvvələri (TSK) Suriya ilə sərhəddəki Kilis rayonunda baş verən insidentlə bağlı rəsmi açıqlama yayıb.
 
"Milliyet" qəzetinin verdiyi xəbərə görə, məlumatda bildirilir ki, İŞİD-in nəzarəti altında olan həmsərhəd rayondan açılan atəş nəticəsində bir türk hərbçisi həlak olub, daha iki hərbçi yaralanıb.
 
Cavab atəşi ilə beş terroçu öldürülüb, İŞİD-ə məxsus üç maşın məhv edilib. (Azadliq.org)