“Bizi itirənin kimin tərəfinə keçdiyi aydındır”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından istefa verdiyini rəsmən açıqladı. Bununla da Müsavat Partiyasının daha bir tanınmış üzvü azaldı. R.Arifoğlu bildirmişdi ki, bundan sonra fəaliyyətini yalnız mətbuat sahəsində davam etdirmək fikrindədir. O, xarici jurnalistlərin partiyasız olduğuna da diqqət çəkərək, bunu normal adlandırıb. Lakin məsələnin digər tərəfi isə Müsavat Partiyasındakı vəziyyətdir. Müsavat Partiyası  üçün Rauf Arifoğlu kimi üzvü itirmək nə deməkdir?
Hafta.az-a  açıqlamasında partiyanın  Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı aşağıdakı cavabı verib:
“Gedəni saxlamaq olmaz. Biz kimsəni itirməmişik. Bizi itirənin kimin tərəfinə keçdiyi aydındır”.