Putinin Haaqa tribunalı qorxusu

Rusiya prezidenti Vladimir Putin 2014-cü ilin iyulun 17-də Ukraynanın şərgində Malayziya «Boing»inin qəzaya uğraması ilə bağlı tribunalın yaradılmasına qarşı çıxıb. 
Kremlin mətbuat xidmətinin məlumatına görə, Niderlandın baş naziri Mark Rütte ilə söhbət zamanı Putin tribunalın yaradılmasını təklifini tələsik və səmərəsiz adlandırıb. 
Onun fikrincə, məhkəmə mexanizmləri ilə bağlı qərarın qəbulu və bu cinayətdə günahı olanların cəzalandırılması üçün beynəlxalq araşdırmanın başa çatdırılmasına dair fəal iş aparılmalıdır, bu araşdırma geniş və obyektiv olmalıdır. 
Putin həmçinin bəyan edib ki, mətbuata «aşkar siyasi xarakter daşıyan» məlumatların atılması yolverilməzdir. Lakin o söhbətin hansı məlumatlardan getdiyini dəqiqləşdirməyib. 
Rusiyanın rəsmi şəxsləri dəfələrlə tribunalın yaradılmasına qarşı çıxıb. Həmçinin XİN-in bəyanatında da tribunalın yaradılmasının «tələsik və səmərəsiz» olduğu qeyd olunub. Bu bəyanatda bildirilirdi ki, rusiyalı mütəxəssislərin də iştirak edə biləcəkləri araşdırma hələ başa çatmayıb. Diplomatlar bəyan edir ki, rusiyalıları araşdırmaya yaxın buraxmırlar.  
İyul ayının əvvəlində Malayziya beynəlxalq tribunalın yaradılması təşəbbüsü ilə çıxış edib. Ona Niderland və Avstraliya da dəstək verib. BMT mənzil-qərərgahındakı mənbələrə istinad edən KİV-lər iddia edirlər ki, tribunalın yaradılması ilə bağlı Təhlükəsizlik Şurasında iyulun 21-ə səsvermə təyin edilib. 
azadlıq.info