Amerikanın İrana ixracatı artıb

Amerikanın Ticarət Nazirliyi bu ölkənin İrana ixracatının artması barədə xəbər yayıb. 
 
ANS PRESS-in məlumatına görə, Amerikanın Ticarət Nazirliyi ən yeni statistikaları yayaraq, bildirib ki, cari ilin ilk dörd ayında bu ölkənin İrana ixracatının miqdarı ötən ilin oxşar dövrü ilə müqayisədə 60 faizdən çox artıbdır. 
 
Amerikanın Ticarət Nazirliyinin statistikaları göstərir ki, cari ilin yanvarından aprelinədək Amerikanın İrana ixracatı doxsan səkkiz tam onda iki milyon dollardan yuxarı olub. Bu rəqəm ötən ilin oxşar dövründə 58,7 milyon dollardan az olubdur. 
 
Cari ilin mart ayında Amerikanın İrana ixracatı nəzərəçarpacaq dərəcədə artaraq, 44 milyon dollardan yuxarıya çatıbdır. 
Bu rəqəm ötən ilin martında 19 milyon dollardan aşağı olubdur.