
Nazirin sözlərinə görə, onların ixtiyarında 558 tank, döyüş maşınları, artilleriya sistemləri və digər silahlar var.
Poltarak bunu Ukrayna-Nato Parlamentlərarası Şuranın iyunun 8-də Kiyevdə keçirilən görüşündə deyib.
O həmçinin hazırda Krımda 24 min Rusiya hərbçisi olduğunu bildirib.
Ukrayna prezidenti Petro Poroshenko isə ötən həftə ölkə ərazisində 9 mindən çox Rusiya qüvvəsi olduğunu demişdi.
Kiyevlə Qərb Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.
Moskva ittihamı rədd edir.