Maksim Musayev, Milli Məclisin sabiq deputatı
Spyurk, spyukah və spyurkahayutyun sözlərinin qədimliyi ermənilərin əsrlər boyu dünyaya səpələnməsi tarixiylə eyni dövrlərə təsadüf edir. “Erməni dilinin izahlı lüğəti” kitablarında (son nəşri 1974-cu il) və Irəvanda “Luys” nəşriyatının ilk nümünə kimi nəşr etdiyi (1978-ci il, tərtibçilər R.Baqramyan və I.Xəlilov, redaktoru Məhərrəm Bayramov) “Ermənicə-azərbaycanca lüğət” kitabında göstərilir: spyurk-xarici ölkələrdə olan ermənilərin yaşadıqları yerlərin cəmi; spyukahay-muhacirətdə (doğulduğu yerdən uzaq) olan erməni; spyurkahayutyun – mühacirət erməniləri. Erməni dilinin lüğət tərkibinə daxil olmuş sözlərin mənaları erməni millətinin eramızın əvvəllərindən öz günahları ucbatından ölkələrə dağılmasını təsdiq edən amillərdən biridir.
Ermənistan başçıları yalvarmağa başlayır
Ən əvvəl qeyd edilməlidir ki, erməni milləti, dini, dili və mintaliteti barədə türk-azərbaycanlılarımızın bilik səviyyəsi lazımınca deyildir. Əliqabarlı insanlarımızdan tutmuş, müəllim və məmur qismindən olanlar, hətta akademiklərimiz də bu sahədə çox zəif fəaliyyətdədirlər. Millətimizə əliqələm tutan, şöhrəti olan və vətənpərvər (sözdə yox işi ilə fərqlənən), insanlar indi lazımdır. Erməni millətinin hər əsrdə, müxtəlif formada “milli konsepsiyası” olmuş və onu qismən də olsa həyata keçirə bilmişdir. Indi bizə bu konsepsiyanın uzaq illərdən gələn incəliklərini dərindən öyrənən elmi adamlar, elmi tədqiqatlar lazımdır ki, nəvə-nəticələrimiz, ata-babalarımız və bizlərin çəkdiyi əziyyətləri çəkməsinlər. Bizlərdən 10-20 dəfə kəmiyyətcə aşağı olan millətə uduzmasınlar. Qulaqardına verməklə biz çox şeyi itirmişik. Iki fakta istinad edərək yuxarıdaki, fikirləri təsdiqləmək lazım gəlir. Hələ 1800-cü illərdə ABŞ-da erməni dilində 5 kitab nəşr edilmişdir ki, son zamanlara qədər erməni tədqiqatçıları da bundan məlumatlı deyildirlər. Bu dini kitablarda öz dövrü üçün bəzi məsələlər elə əks etdirilmişdir ki, onu indi də təhlil etməyə dəyər. Bütün bunları bilmək bizə və gələcək nəslə lazımdır. XVII əsrdə Iranda “bartskahay”lar (Iranlı ermənilər) erməni əlifbası ilə “Irandakı xristian erməni qadınları üçün” kitab yazmışlar. Çox da tirajı olmayan bu kitabda müsəlmanlara ərə gedən, onlardan övladları olan erməni qadınlarına məsləhətlər… verilmişdir. Iranda olan erməni kilsələrdəki keşişlər və ona xidmət göstərən insanlar (o dövrdə kitabxana olmadığı üçün) erməni qadınlarına kitabdakı yazılanları aydınlaşdırmağa çalışmışlar. Bu və bunlara bənzərlər barədə nəinki farslar hətta türk və azərbaycanlılar ətraflı biliyə malik olsalar sakit yaşaya biləcəklər.
Spyurkahayutyunu Ermənistan dövləti necə istismar elədiyi barədə yazı hazırlayarkən başlıq seçmək lazım gəldi: “Spyukahay Ermənistanın nökərinə çevrilib”, “Spyukahay Ermənistan dövlətinin sağmal inəyidir”, “Spyukahay Ermənistanın robotudur”, “Ermənistanın çaldığı musiqiyə spyukahay oynamalıdır” və sairə. Adından asılı olmayaraq məqsəd aydındır, spyukahayutyun Ermənistanın həm siyasi, həm də iqtisadi əsirliyindədir. Onları xaricdən həm bizlərə qarşı qoyurlar, həm də heç sakit belə buraxmırlar.
Irəvan xanlığı ərazisində yaradılan Ermənistan dövlət kimi müstəqil yaşamaq qabiliyyətini saxlamağa hər vasitə ilə can atırsa da, alınmır. Hələlik ki, “dövlət” birtəhər iki amil hesabına yaşaya bilir: ermənilərin xristianlıq tarixinin qədimliyinə istinad edərək; spyurkahayutyunun himayəsinə ümid bəsləyərək. “Soyqırımı”nın yüzilliyi ərəfəsində bu sui istifadə açıq-aşkar özünü göstərdi: qədim xristian xalqıyıq, xristianlar və xristian dövlətləri bizə xüsusi qayğı, diqqət, hörmət və köməklik göstərməlidirlər, bizi yaşatmaq üçün hər şeyi etməlidirlər. Dini mənsubiyyətindən sui-istifadə etməklə xristian və müsəlman xalqları arasında soyuq münasibətlərin yaranmasında erməni “siyasətçi”ləri və din xadimlərinin xidmətləri vardır… və bu özünün şəffaflığı ilə məlumdur.
Spyurkahayutyun Ermənistan dövləti üçün sağmal inəkdir və onlardan yalnız maddi dəstək almaqla yaşaya bilir. Spyukahayın Irəvan üçün sağmal inəkliyi barədə ölkədəki kütləvi informasiya vasitələri faktlara əsaslanaraq verilişlər də təşkil edirlər. Adət halını alıbdır ki, ölkədə iqtisadi (və həm də siyasi) vəziyyət gərginləşdikcə Ermənistanın prezidentləri spyukahdan imdad diləyirlər. Köməkliklər aldıqdan sonra and-aman edirlər ki, bir spyurkahaydan heç nə istəməyəcəyik və bir də narahat etmək fikrində olmayacağıq. Müstəqil dövlət kimi biz öz problemlərimizi özümüz həll edə biləcəyik. Lakin az keçməmiş Ermənistan başçıları abır-həyanı unudaraq spyukahaya yalvarmağa başlayırlar ki, sizsiz keçinə bilmirik, kömək əlinizi uzadın. Azərbaycanın Dağlıq Qarabağını, onun ətrafındakı əraziləri ilə birlikdə işğal edərkən Ermənistanı idarə edənlər spyukahaya hər cür köməklik göstərmək istəyi ilə müraciət eləyərək xeyli silah-sursat, pul, əsgəri qüvvə ala bildilər. Bildirdilər ki, kömək etməyinizi biz indi istərdik, torpaqları Azərbaycandan alandan sonra bizim bir daha spyukahaya ehtiyacımız olmayacaqdır. Ancaq deyilən kimi olmadı. Dağlıq Qarabağın işğalından sonra zəbt elədikləri ərazidə görüləsi işləri də (kilsə, bağça, məktəb, xəstəxana, yol-körpü tikintisi və sairə) spyukahaydan xahiş yox, tələb etməyə başladılar. Eçmiadzin-"mayr ator" (“ana gürsü”) bu məsələlərdə istiqamətverici və icraetməni yönəldən qüvvə oldu. Spyukahaya eyni zamanda azərbaycanlılar yaşamış və oradan zorla qovulmuş, tarixən kilsə olmayan kəndlərdə kilsələr tikmək və xaçkar (daş xaç) qoymaq tapşırıldı -məcbur edildi. Spyukahayın varlı təbəqəsi bu tapşırıqlardan boyun qaçırmağa heç vaxt cəsarət göstərə bilmədi və bilməzdi. Çünki əks halda onları nə gözləyəcəyini əla bilirlər…
Eçmiadzindən ABŞ-dakı ermənilərə tapşırıq
2013-cü ildə Ermənistanda “erməni soyqırımının 100 illiyinə hazırlıq komissiyası” yaradıldı və iki il ərzində bununla əlaqədar əsas planlar işlənib, hazırlandı. “100 illiyin” keçirilməsi üçün nəzərdə tutulan bir çox ağır və vacib məsələlərin həlli əsasən yenə də spyurkahayutyunun üzərinə qoyuldu. Planlaşdırılan məsələlərin bir çoxundan yayınmaq spyukahay üçün qeyri-mümkün oldu. Ona görə ki, planı hazırlayan komissiya üzvləri və keşişlər əla bilirdilər ki, hansı ölkədə “kimin cibində nəyi var”, kimə nəyi tapşırmaq və kimlərdən nələri almaq lazımdır ( imtina edənə cəza ciddi ola bilərdi). Cəza verənlərin və cəza alanların tarixi də onlara bəllidir. Bu dəfəki, yəni yüzilliyin keçirilməsi naminə aparılan spyurkahayın “sağım kampaniyası” Dağlıq Qarabağın işğalı üçün alınan “süd məhsulu”ndan bəzi cəhətlərdə fərqli olsa da Ermənistan rəhbərliyini və Eçmiadzini qane etmişdir. Spyurkahay tərəfindən səbəblər göstərilərək yalnız bir imtina faktı qeydə alınmışdır ki, onu qınayan və tənqid edənlər də oldu.
Elə məsələlər vardır ki, birgə müzakirə zamanı spyukahay deyir ki, bu Ermənistan rəhbərlərinin görə biləcəyi işdir, bunların bizə aidiyyatı yoxdur. Əksinə olaraq Ermənistanın başçıları bir çox ciddi işləri onların etmələrini istəyirlər. Məsələn: Türkiyəni beynəlxalq hüquq orqanlarında məhkəməyə vermək aralarında müzakirə edilərkən hər iki tərəf yükü biri-birilərinin üzərinə atırlar. Spyukahay haqlı olduğunu sübuta yetirməyə çalışır ki, bizim belə məsələləri qaldırmaqda hüququmuz çatmır, Türkiyəni məhkəməyə verə biləsi yalnız Ermənistan dövləti ola bilər (əlbəttə 1915-ci ildə və ondan əvvəllər də, son illərə qədər də yer kürəsində Ermənistan adlı dövlət olmamışdır). Spyukahayı Ermənistan inandırmağa çalışır ki, Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olmağımız da yaxınlarda olub, müraciətimizə baxmazlar. Türkiyəni isə xarici qüvvələrin-xaçpərəst dövlətlərin təsirindən rahat buraxmaq düz deyil və türk üzərində “xristianlıq qılıncı” daim olmalı və möhkəm saxlanmalıdır. Digər tərəfdən yüksək rütbəli din xadimləri bəyanatla çıxış edirlər ki, biz Türkiyədə qalan kilsələrimizin bərpasını, kilsəaltı-kilsəətrafı torpaqların Eçmiadzinin tabeliyinə verilməsi, 1915-ci illərdə sökülən kilsələrdəki əşyaların qiymətləndirilib, kilsələrə verilməsini tələb edirik. Bu barədə beynəlxalq hüquq orqanlarına müraciətlər də hazırlanır. Bunu Ermənistanın telekanalları təkrar-təkrar həvəslə verir və camaatının başını bununla aldadırlar. Hər il “24 aprel” yaxınlaşarkən Ermənistan rəhbərləri və Eçmiadzin ABŞ-dakı ermənilərə tapşırıq verir ki: “ABŞ prezidentinin dilindən erməni soyqırımı” kəlməsi səslənməlidir. Bunun üçün “amerikahay” hər şeyə əl atmalıdır. Lakin alınmır. Alınsa da belə bunun heç bir təsir qüvvəsinin olmayacağını erməni “başbilənləri” dərk eləmir. Tutaqki, ABŞ prezidentinin dilindən ermənilərin istəyi səsləndi. Sonra nə? Bütün bunlar erməni xalqını aldatmaq üçün Ermənistan “başçılaqları”nın düşündüyü fantaziyalardır. Özləri öz xalqını bu yolla normal yaşamaqdan uzaqlaşdırırlar.
Bəzi məqamlarda Ermənistan başçıları spyukahayutyunu özlərinə tabe olmalı bir qurum kimi görürlər və belə cəhdlərdən əl çəkmək istəmirlər. Bu isə spyukahayı qətiyyən qane eləmir. Ona görə ki, hər dövlətdə yaşayan ermənilərin daxili qanunları- öz prezidenti var və yerli qanunları icra etmək onların vətəndaşlıq borcudur. Irəvan xanlığı ərazisində yaradılan dövlətdə məskunlaşmış ermənilərdə belə fikirlər də səsləndirilir ki, Ermənistan prezidenti spyukahayın da prezidentidir və onun dediklərinə əməl olunmalıdır. Aralarında bu və ya başqa məsələlər barədə örtülü də olsa gərginlik yaranarkən Eçmiadzin kilsəsi məsələlərin həllini normallaşdırır və çox zaman bu Ermənistan rəhbərlərinin xeyrinə müsbət yöndəmini tapır. Yəni spyukahay Ermənistanın əbədi donoru olmalıdır. Bəli, Ermənistan “dövləti” nəinki Türkiyə və Azərbaycanı hətta özlərinkinidə-spyukahayıda dinc buraxmaq istəyində deyildir. Erməni millətindən olub, xaricdə yaşamağın min bir əzabı barədə qələmə alınan epizodlar olduqca çoxdur. Ermənilərin dilindən səslənən bəzi fikirləri demək yerinə düşər. “Bartskahay”lar-Iran ermənilərinin sahibkarları 15 il əvvəl Ermənistana 100 min dollarlıq yatırım edirdilərsə 2014-cü ildə bunu 4 milyon dollara qaldırdılar (halbuki “bartskahay” Iranda hər il azalır). 2015-ci ilin mayında onlara Ermənistan tərəfindən yatırımı artırmaq tələbi qoyulsa da alınmadı, bartskahaylar narazılıq bildirib, inildəməyə başladılar və onların əlindən qaçıb, digər ölkələrdə məskunlaşmağa üz tutublar.
Ardı var
(m-musayev.com)