
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə rayon ərazisindəki süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 83 km aralı, nəzarətsiz ərazidə) 1999-cu il təvəllüdlü Mövludov Murad Ruslan oğlunun batması haqqında məlumat daxil olub. M.Mövludovun cəsədi xilasedicilər tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:35-də başa çatıb.