İngiltərənin baş naziri Devid Cameron, FIFA-da baş verən skandalın korrupsiya və rüşvətlə qlobal səviyyədə mübarizə aparmaq üçün bir fürsət olduğunu və şəxsən özünün G7 sammitində bu mövzunu diqqətdə saxlayacağını bildirib:
"Beynəlxalq zirvələrdə liderlər maddi yardımlar, iqtisadi böyümə və təhlükəsizlik kimi mövzuları müzakirə etmək üçün toplanır. Ancaq sui-istifadə, rüşvət və korrupsiya mövzusu diqqətdən kənar qalır, ciddi müzakirə olunmur. Bu ənənə dəyişməlidir. FİFA-nı ifşa edərək bu tabunu qıran cəsarətin bir qismini də bizim göstərməmiz lazımdır".
azadliq.info