Almaniya kansleri Angela Merkel qatıldığı tədbirlərin birində sosial şəbəkələrlə bağlı ona ünvanlanan sualı cavablandırıb. Kansler bildirib ki, məsələn, «Facebook» yaxşı avtomobil və ya paltaryuyan maşın kimidir. Amma insanı xoşbəxt edə bilməz: «Yaxşı ki, «Facebook» var. Ünsiyyət qurmaq üçün rahat vasitədir. Amma o, insanı xoşbəxt etmir. Məsələn, «Facebook» dostlarla real olaraq görüşməkdən yaxşı ola bilməz». Qeyd edək ki, Merkelin rəsmi «Facebook» səhifəsini milyondan artıq istifadəçi bəyənib.
Gültəkin