Oqtay Haqverdiyev: «Bu, iqtisadiyyat üçün yaxşı heç nə vəd etmir»
Bakı Banklararası Valyuta Birjası (BBVB) praktiki olaraq fəaliyyətini dayandırıb. Bu barədə fins.az-a BBVB-dən bildirilib. Məlumata görə, hazırda birja formal olaraq fəaliyyət göstərir. Buna səbəb Azərbaycanın kommersiya banklarının BBVB vasitəsilə valyuta əqdləri bağlamaqdan imtina etməsidir.
Hazırda banklar xarici valyutanın alqı-satqısını birbaşa öz aralarında və ya Mərkəzi Bankla həyata keçirirlər.
BBVB 21 iyun 1993-cü il tarixində qapalı səhmdar cəmiyyət kimi təsis olunub. Onun səhmdarları Azərbaycan Mərkəzi Bankı, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” və “Aqrarkredit” bank olmayan kredit təşkilatıdır.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev hesab edir ki, Bakı Banklararası Valyuta Birjası həqiqətən də fəaliyyətini dayandırıbsa, bunu müsbət hal adlandırmaq olmaz. Ekspert bunun baş verməsini iqtisadiyyat üçün mənfi hal kimi xarakterizə edərək valyuta bazarında iki qaydanın olduğunu bildirir:
“Valyuta bazarında qiymətli kağızlarla hansısa müəssisələrin səhmlərinin alqı-satqısıyla məşğul olurlar. Fond birjalarında isə məsələ tamam başqa cürdür. Əgər doğrudan da Bakı Fond Birjası fəaliyyətini dayandırıbsa, bu, yaxşı hal deyil. Iqtisadiyyat üçün bu, müsbət heç nə vəd etmir. Lakin bu fakt təxribat da ola bilər. Çünki bu məsələnin iqtisadiyyat üçün hansı dəyərdə olmasını başa düşmürlər. Yəni qurumun fəaliyyətini dayandırması mümkün deyil”.
Nigar