Arif Məmmədov Steynar Gildən kömək istədi

“Azərbaycanın bütün gerçək dostlarının dəstəyinə ehtiyacım var”

 

Norveçin ölkəmizdəki keçmiş səfiri Steynar Gil facebook səhifəsində son günlərdir Azərbaycanın ən populyar diplomatına çevrilmiş Arif Məmmədovun ona müraciətini paylaşıb.

Arif Məmmədov Steynar Gilə müraciətində deyir: “Əziz Steynar. Sizə göndərdiyim müraciəti yaymağınızı xahiş edirəm. İyun ayının 29-dan iyul ayının 10-na qədər Norveçdə olacam. Ümid edirəm ki, sizinlə görüşə biləcəyəm. Avropa mətbuatının məni dəstəkləməsini istəyirəm. Mən xalqı oyatdım. Azərbaycanın bütün gerçək dostlarının köməyinə ehtiyacım var. Bu, SOS siqnalıdır”.