Yanukoviçin milyonlarını oğurladılar

Ukraynanın Donetsk vilayətində keçmiş prezident Viktor Yanukoviçin oğluna məxsus «Ümumukrayna İnkişaf Bankı» qarət edilib. Aleksandr Yanukoviçin bankından 46,5 mln. qrivna və 9,9 mln. dollar pul oğurlanıb. Bankın «Donetsk Milli Respublikası» adlı terror təşkilatının üzvləri tərəfindən soyulduğu bildirilir. Separatçılar bankdan müştərilərə məxsus dəyərli əşyaları da aparıblar. Hadisə ilə bağlı Ukrayna Daxili İşlər Nazirliyinə müraciət olunub. İş üzrə cinayət işi başladılıb, araşdırma gedir.
 
Gültəkin