Tarik Əziz türmədə öldü

İraqın sabiq lideri Səddam Hüseyn rejiminin siması kimi tanınan Tarik Əziz dünyasını dəyişib.
 
Sabiq baş nazir müavini və xarici işlər naziri, 79 yaşlı Əzizin səhhət problemləri olduğu bildirilir.
 
2010-cu ildə İraqda şiələrin kütləvi şəkildə qırğınına görə ölüm cəzası hökmü altında olan Tarik Əzizin hökmü icra edilməyib.
 
Ona qarşı digər cinayətlərə görə də hökmlər çıxarılmışdı.
 
Xristian olan Əziz 1983-cü ildə xarici işlər naziri, 1991-ci ildə isə baş nazir müavini vəzifəsinə təyin edilmişdi.