
Layihə çərçivəsində “Ödənişsiz huquqi məsləhət-xidmət Mərkəzi” yaradılıb. Mərkəzdə təşkilatın hüquqşünasları tərəfindən əhalinin az təminatlı təbəqələrinə aid vətəndaşlara ödənişsiz hüquqi məsləhət xidməti göstəriləcək.
Mərkəzdə aşağıdakı xidmətlər göstərilməsi nəzərdə tutulub:
Hüquqi məsələlərlə bağlı məlumatlandırmanın həyata keçirilməsi, məsləhət və
izahların verilməsi;
Hüquqi xarakterli sənədlərin hazırlanması;
Dövlət idarəetmə orqanlarında təmsil etmə;
Azadlığa çıxmış məhkumların maraqlarının müdafiəsi və təmsil olunması;
İnzibati xətalara dair işlər üzrə məhkəmə icraatı zamanı şəxsin maraqlarının
müdafiəsi;
Mülki proses zaman maraqlarının müdafiəsi və təmsil olunması;
İnzibati-iqtisadi məhkəmələrdə müdafiə və təmsil olunma.
Mərkəzin nəzdində “Ödənişsiz vəkil” qaynar xətti fəaliyyət göstərir. Əhalinin aztəminatlı təbəqəsinə aid vətəndaşlar qaynat xətt vasitəsilə də mərkəzə müraciət edə bilərlər.
Mərkəzin ödənişsiz hüquqi məsləhət xidmətindən yararlanmaq üçün 1-5-ci günlər saat 10.00-dan 15-00-dək AZ1025, Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov ev 22 ünvanına müraciət edə bilərsiniz.
Həmçinin (+99412)4967392, (+99450) 5396070 telefinlarına zəng vura, huquqedalet@mail.ru və sezar032@gmail electron poct ünvanlarına yaza, https://www.facebook.com/HuquqveEdalat?ref=hl Feysbuk səhifəsinə müraciət edə bilərsiniz.