Yaponiya Qodzillaya şəxsiyyət vəsiqəsi verdi və Tokioda qeydiyyata aldı

Yapon filmlərinin məşhur dinozavrı Qodzilla Tokionun Sindzüku rayonunda qeydiyyata düşüb və ona şəxsiyyət vəsiqəsi verilib. Qodzilla 1954-cü ildə İsiro Hondanın filmində ilk dəfə peyda olandan sonra Yaponiya pop mədəniyyətinin tərkib hissəsinə çevrilib.