
Nazirin sözlərinə görə, Qətar dünya çempionatını keçirmək hüququndan məhrum edilsə, yarışın Avropaya keçirilmə ehtimalı azdır. Lakin çempionatı qəbul etmək üçün İngiltərənin bütün imkanları var.
Xatırladaq ki, bir qədər əvvəl İngiltərə Futbol Assosiasiyasının rəhbəri Qreq Dayk FİFA-nın keçirdiyi dünya çempionatını boykot etməyə hazır olduqlarını bildirmişdi. Blatterin istefasından sonra Dayk 2018 və 2022-ci illərdə dünya çempionatlarının keçirilməsinə yenidən qayıtmağın mümkün olduğunu deyib.
Londonun meri Boris Conson isə İngiltərənin 2018-ci il dünya çempionatını keçirməyə hazır olduğunu deyib.
azadlıq.info