
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə dəmir yolu xətti ilə Bakı Dəmir Yolu Vağzalına birləşdiriləcək. Bu barədə Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı layihəsi artıq hazır və “Azərbaycan Hava Yolları” QSC xəttin inşasına razılıq verib.