
“Biz rusiyameyyli separatçıların Donetsk, Luqansk, Maryinka və Peski yaşayış məntəqələrində Ukrayna ordusunun mövqelərinə hücumlarından narahatıq. Vəziyyətin gərginləşməsi və atəşkəsin pozulmasına görə məsuliyyət Rusiyanın üzərində düşür”, deyə M.Harf bildirib.
Onun sözlərinə görə, davam edən hərbi əməliyyatlar Minsk razılaşmalarının pozulması deməkdir.