Həbs olunan iş adamının ticarət mərkəzi 17 milyona satışa çıxarıldı

Nərimanov rayonu, Həsən Əliyev 36 ünvanında yerləşən “İnqilab Plaza” ticarət mərkəzi satışa çıxarılıb. 7 mərtəbəli, ümumi sahəsi 7 min kv/m olan ticarət mərkəzi 17 milyon manata satılır.
Plazanın 0-4-cü mərtəbələrində 1 saylı Bakı ASAN xidmət mərkəzi fəaliyyət göstərir.
“İnqilab Plaza” 2011-ci ilin sentyabrında istifadəyə verilib. Burada  200-2000 kv.m-lik ofislər icarəyə verilir. Plaza yeni istifadəyə verilən vaxtlarda 1 kv.m üçün 25 manat təklif olunurdu.
Ticarət mərkəzinin son dönəmlərdə  həbs olunan oliqarxlardan birinə məxsus olduğu ehtimal olunur. (Axar.az)