Belçikada hökumət partiyaları parlamentə qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsi təqdim edəcək. Liberal Partiyasının sədri Denis Dukarme parlamentdə çoxluq təşkil edən Milliyyətçilər Partiyasının, həmçinin Xristian Demokratlar Partiyasının hazırda ortaq layihə mətni üzərində işlədiyini bildirib. Dukarme bu ilin sonunda parlamentə təqdim ediləcək layihə ilə bağlı müxalifət partiyalarından da dəstək gözlədiklərini deyib.
Belçika parlamenti ermənilərin 1915-ci il olayları ilə bağlı iddialarını 1998-ci ildə simvolik bir qərarla tanımışdı. Lakin həmin vaxt parlament «soyqırım» sözünü işlətməmişdi. Bu ilin aprelində Belçikanın Xarici işlər naziri Didier Reynders isə bildirmişdi ki, 1915-ci il olaylarının soyqırım olub-olmadığına qərar vermək məhkəmələrin işidir. Və digər qurumlar məhkəmənin işinə qarışmamalıdır.
Gültəkin