
Ukrayna ordusu son 24 saat ərzində 3 əsgərin öldüyünü, 4-nünü isə yaralandığını xəbər verirlər.
Mənbə həmçinin Marinka kəndi yaxınlığında 2 əsgərin əsir düşdüyünü deyir.
Rusiyapərəst separatçılar isə mayın 31-də 2 mülki sakinin öldüyünü, 5-nin isə yaralandığını deyirlər.
BMT-nin son məlumatına görə, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb.