“Amerika prezidenti qaradərili, Papa isə argentinalı olanda…”
Türkiyə mətbuatı əfsanəvi kubalı inqilabçı Çe Gevaranın “münəccimliyini” üzə çıxarıb. “Habertürk”ün yazarı Soli Özel Avropa Komissiyasının bir vəzifəli nümayədəsinin danışdıqlarını köşəsində ictimailəşdirib.
Avropa Komissiyasının nümayəndəsi isə danışdıqlarını bu yaxınlarda Kuba prezidenti Raul Kastrodan eşidib.
Deməli, 1960-cı illərin əvvəllərində Raul Kastro, onun qardaşı, əvvəlki prezident Fidel Kastro və Çe Gevara arasında bir müzakirə olur. Raul Çedən “Bu amerikalılar bizdən özlərinə bir zərər gəlməyəcəyini nə vaxt başa düşüb, bizimlə münasibətlərini düzəldəcəklər?” deyə soruşub. Çe hər halda “Belə bir şey heç vaxt olmayacaq” demək məqsədilə “Amerika prezidenti qaradərili, Papa isə argentinalı olanda” deyə cavab verib.
Türkiyəli yazar qeyd edir ki, bilnidiyi kimi, keçən həftə ABŞ Kubanı terrorçu ölkələr siyahısından çıxardı. İki ölkə arasında keçən ilin son aylarından elan olunan “normallaşma prosesi” isə davam edir. Və əlbəttə, Amerika prezidenti Obama qaradərili, Papa isə argentinalıdır.
azadliq.info