Bakının mərkəzində ən bahalı mənzillər FOTO

 

Bir neçə həftə əvvəl Bakıda daşınmaz məlak bazarında durğunluq müşahidə olunurdusa, son günlərdə bazarda canlanma, hətta qiymət artımı baş verib. Paytaxtın mərkəz hissələrində ən bahalı mənzillərdən bəzilərinin qiymətlərini təqdim edirik.
Nobel prospektində 5 otaqlı mənzilin qiyməi 1,4 mln manatdır. 460 kv metr sahəsi olan mənzil Azure Residence yaşayış kompleksində yerləşir və bütün mərtəbəni əhatə edir.
Nəsimi rayonunada isə 4 otaqlı mənzilin qiyməti 1,4 mln manatdır. Bu mənzil Clock Tower kompleksində yerləşir, sahəsi isə 242 kv metrdir. 

Eyni yaşayış kompleksində 1,1 mln manata da 4 otaqlı mənzilə rast gəlmək olar. Bu mənzilin sahəsi 222 kv metrdir. 
Nəsimi rayonunda 280 kv metrlik 5 otaqlı mənzilin qiyməti isə 850 min manatdır. Qaqarin körpüsünün yaxınlığında 198 kv mer sahəsi olan 750 min manata 4 otaqlı mənzilə sahib olmaq olar. 
Konsul MTK kompleksində yerləşən 4 otaqlı, sahəsi 250 kv metr olan mənzilin qiyməti isə 700 min manatdır. 
Füzuli küçəsində, Qış bulvarının yaxınlığında sahəsi 215 kv metr olan təmirsiz mənzilin qiyməti 645 min manatdır. 
Səməd Vurğun küçəsində təmirsiz 225 kv metrlik 4 otaqlı mənzilin qiyməti 585 min manatdır.