Siyasi fəal gənc evinin yaxınlığında döyülüb

Milli Şuranın üzvü, gənc fəal Cəmil Hacıyev dünən axşam saatlarında evinə gedərkən polis əməkdaşları tərəfindən döyülüb. Bu barədə "Azadlıq"a o özü məlumat verib.
Cəmil Hacıyev bu hərəkətin ona  qarşı sifarişli olduğunu  bildirir. Belə ki, bir  neçə vaxt bundan əvvəl  onunla qonşuluqda  yaşayan və özünü varlı məmurlardan birinin sürücüsü kimi təqdim edən şəxsin övladları  onun sürməyə icazəsi olan maşınını əzmişdi. O , bu barədə  uşaqların valıdeyinlərinə bildirsə də, uşaqların valideyinləri: “Belə şey ola bilməz, mən  sənin maşınını da düzəltdirən  deyiləm, get kimə deyirsən de, nə edirsən et”  deyə  bildiriblər.
Cəmil Hacıyev bunları deyib:” Hara şikayət etməyimdən asılı olmayaraq, vəzifəli şəxsin sürücüsu nəinki özünü  müdafə etmək, hətta polisin şikayəti araşdırmamağına belə nail olub. 7-ci polis bölməsindən işi araşdıran təqqiqatçı Hüseyn Hüseynov və baş tədqiqatşı Maqsud nəinki işi  araşdırmaq, heç vətəndaşa cavab bele  verməyiblər. Üzərindən xeyli vaxt keçməyinə baxmayaraq, bu günə  kimi 7-ci polis  bölməsi  rəsmi  cavab  vermeyib. Prokrorluq və  baş prokrorluga da  edilən şikayətlər  heç  bi  nəticə  verməyib.
Dünən axşam saatlarında  isə , sürücünün qoçusu aktivistin qarşısını kəsərək ondan ərizəni  götürməyini tələb edib, daha  sonra  isə onu  vəhşicəsinə döyüb. Hadisə ilə ələqadar 102 xidmətinə məlumat  verilsə də, polis  hadisə  yerinə  gəlməyib. Dəfələrlə edilən zəngdən sonra polislər Cəmil Hacıyevi təcili tibbi yardım məntəqəsindən tapıblar.7-ci polis  bölməsində isə, polisin gözü qarşısnda onu təhqir edərək söyüblər, onu  ölümlə  hədələyiblər.
Hazırda onun  səhhətində ciddi pozuntular var. Və ona  qarşı təhdidlər  davam edir.