Con Kerri ayağını sındırıb

Fransada olan ABŞ-ın dövlət katibi Con Kerri velosiped sürərkən qəzaya uğrayıb. Hadisə bazar günü baş verib. Kerrinin qəzaya düşdüyü yer Fransa-İsveçrə sərhəddində yerləşir. ABŞ dövlət katibi İranın xarici işlər naziri Cavad Zəriflə nüvə danışıqlarını davam etdirmək üçün Cenevrəyə getməliydi. Hazırda Kerri Cenevrənin Universitet xəstəxanasındadır.
 
ABŞ-ın İsveçrədəki səfirliyindən bildiriblər ki, Kerrinin həyatı üçün təhlükə yoxdur.
 
azadliq.info