
Mayın əvvəlində Bo Baydenin vəziyyəti pisləşmiş, o, təcili olaraq Silahlı Qüvvələrin Tibb Mərkəzinə göndərilmişdi. Prezident Administrasiyası həmin vaxt Bayedinin hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlamaqdan imtina etmişdi.
Co Baydenin oğlunun ölümü ilə bağlı yaydığı məlumatda bu fikirlər yer alıb: «Biz – Xolli, Xanter, Eşli, Cill böyük urək ağrısı ilə bildiririk ki, Bo bizi tərk edib. O, beyin xərçəngi ilə çox böyük əzmlə mübarizə aparırdı”.
Rəsmilərdən ilk başsağlığını prezident Barak Obama verib: «Mişel və mən dua edirik ki, Allah o dünyada Baydendən muğayat olsun. Bu dünyada isə ailəsini qorusun”.
2010-cu ildə Bo Bayden insult keçirmiş, üç il sonra Texasdakı onkolji mərkəzdə əməliyyat olunmuşdu. B.Bayden 2016-cı ildə qubernator seçkilərinə qatılmağı planlaşdırırdı.
Gültəkin