Dünən itən 5 yaşlı qız qətlə yetirilib

Azərbaycan paytaxtında dəhşətli qətl törədilib. APA-nın məlumatına görə, hadisə mayın 28-də Bakının Pirallahı rayonunda qeydə alınıb.
 
Rayon sakini 5 yaşlı A.Q (ad şərtidir) adlı qızın itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində A.Q-nın boğularaq, qətlə yetirilmiş meyiti qonşuluqdakı həyətdə tapılıb.
 
Araşdırmalar zamanı məlumat olub ki, hadisəni azyaşlının qonşusu, 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç törədib.
 
İlkin məlumata görə, Y. Çernov qızı zorlayıb və daha sonra boğaraq qətlə yetirib.Hadisəni törədən şəxs saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.