
ABŞ prezidenti deyib ki, o və NATO baş katibi Ukrayna hökuməti və Rusiya tərəfdarı separatçlar arasında əldə edilmiş atəşkəsə dair razılığa əməl olunmasının və Ukraynanın ərazi bötüvlüyünün təmin olunmasının əhəmiyyətini bir daha vurğulayıb.
Stoltenbeq Rusiyanı seapartçılara dəstəyə son qoymağa və hərbi qüvvələri Ukraynanın şərqindən çıxarmağa çağırıb.
BMT-nin təxminlərinə görə, Ukraynanın şərqində bir il əvvəl başlamış döyüşlər nəticəsində 6 mindən çox insan həyatını itirib.