Şəkidə mikroavtobus aşdı: 7 yaralı

Bu gün Şəkidə ağır yol qəzası baş verib.
 
Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, Bərdə-Şəki marşrutu ilə hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb.
 
Qəza nəticəsində mikroavtobusun içərisindəki sərnişinlərdən bir neçə nəfər yaralanıb. İlkin ehtimala görə, yaralıların sayı 7 nəfərdir.
 
Müxtəlif bədən xəsarətləri alan yaralılar xəstəxanalara yerləşdiriliblər.
 
Hadisənin hansı səbəbdən baş verməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.
 
Faktla bağlı araşdırma aparılır.