Goranboyda 4 bal gücündə zəlzələ olub

Mayın 26-da Goranboy rayonu ərazisində zəlzələ baş verib.
 
Zəlzələ yerli vaxtla saat 06:20-də Mingəçevir şəhərindən 32 kilometr qərbdə, Goranboy-Yevlax sərhədində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.7, dərinliyi 22 kilometr olub.
 
Zəlzələ episentrdə 4.0 bal, yaxın yaşayış məntəqələrində 4.0-3.0 bala qədər hiss olunub.