“Azal”ın sabiq əməkdaşı “Azadlıq”la əlaqə saxlayıb

«Vəzifəmdən öz xahişimlə azad olunmuşam»

 
“Azərbaycan Hava Yolları” QSC-nin xidmət rəisi Məhərrəm Səfərlinin tutduğu vəzifədən azad olunması barədə “Azadlıq”ın ötən saylarının birində informasiya gedib.
M. Səfərli ötən gün redaksiyamızla əlaqə saxlayaraq  işdən çıxarılmasının  öz ərizəsi sayəsində baş verdiyini söyləyib. O, qeyd  edib ki, vəzifəsindən öz xahişi ilə azad olunub.
Informasiya şöbəsi