
Universiteti bitirən tələbələr məzun günü keçirmələri üçün icazə tələb ediblər.
Universitetin mətbuat xidmətinin rəhbəri Adil Əliyev AzNews.az-a açıqlamasında hazırda universitetdə sakitlik olduğunu deyib: “Tələbələrə məzun günü keçirməyə icazə verilib. Sadəcə olaraq təntənəli konsert proqramı olmayacaq. Bu da Bakıda baş verən yanğın hadisəsi ilə əlaqədardır”.
Məlumat üçün bildirək ki, mayın 19-da Binəqədidə yaşayış binasının yanması ilə əlaqədar bir çox universitetlərdə “məzun günü” konsertləri ləğv edilib.