Yanan binanın təmiri 5 ay sürəcək

Binəqədidə yanmış binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq.
 
Bunu baş nazirin müavini Abid Şərifov deyib. O, həm də yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədridir.
 
Təmirə mayın 22-dən başlanıb. Bunun üçün 3 milyon manat ayrılıb. 
 
Mayın 19-da Bakının Binəqədi rayonundakı 16-mərtəbəli yaşayış binasında yanğın olub. 15 nəfər ölüb, onlarla yaralı müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.