İsveç “Eurovision 2015”in qalibi oldu FOTO VİDEO

Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Eurovision 2015” mahnı müsabiqəsinin final mərhələsi başa çatıb. "Wiener Stadthalle" arenada təşkil olunan mahnı müsabiqəsinin finalında 27 ölkə təmsilçisi iştirak edib. Bu dəfəki, 60-cı "Eurovision" mahnı müsabiqəsinin qalibi  365 xalla "Qəhrəmanları" mahnısını ifa edən İsveç təmsilçisi Mons Zelmerlev olub . İkinci yerdə 303 xalla Rusiya təmsilçisi Polina Qaqarina, üçüncü yerdə isə  292 xalla İtaliya təmsilçisi qərarlaşıb. Səhnəyə “Hour of the Wolf” mahnısı ilə çıxan təmsilçimiz Elnur Hüseynov isə 49 xalla 12 yerdə olub.

Azərbaycana səs verən ölkələr:
 
Çexiya – 12 xal
Gürcüstan – 10 xal 
Monteneqro, Malta – 8 xal 
Rumıniya, Rusiya – 3 xal 
Litva – 2 xal

 
 

azadliq.info