Biznesmen gərginliyin pik həddə çatmaması üçün təklif edib ki, Çin ABŞ-a böyük güzəştlərə getməlidir.
“Bununla yanaşı Çin öz milli valyutası yuanın Beynəlxalq Valyuta Fondunun valyuta səbətinin tərkib hissəsi olmağa icazə verməlidir. Bu halda Çin valyutası dollarla ciddi rəqabət apara bilər”,-deyə o qeyd edib.
Corc Soros onu da əlavə edib ki, Çinin perspektivdə ABŞ-la razılaşmaya nail olması çətin məsələdir.
“Əgər ABŞ-ın hərbi müttəfiqləri ilə Çin arasında, məsələ Yaponiya ilə münaqişə başlasa istisna deyil ki, biz üçüncü dünya müharibəsinin astanasında dayanacağıq”.
Soros hesab edir ki, Çinin perspektivdə ABŞ-la razılaşmaya nail olması çətin məsələdir.
“Əks təqdirdə, Çinin Rusiya ilə siyasi və hərbi ittifaq yaradacağı təhlükəsi ehtimalı böyükdür. Bu zaman yeni dünya müharibəsi təhlükəsi real olacaq”,-deyə Corc Soros bildirib.