
“Azadlıq” radiosunun verdiyi xəbərə görə, bu barədə Özbəkistan Mərkəzi Bankının yaydığı press relizdə bildirilir.
“Səbəb xarici valyutanı dəyişmək istəyənlərin sayının kəskin çoxalmasıdır. Bu səbəbdən xarici valyutanın dövriyyəsi üzrə fəaliyyətin cari kvartalda dayandırılmasına dair qərar qəbul olunub”, – deyə məlumatda bildirilir.
Xarici valyutanın mübadiləsi iyuladək həyata keçirilməyəcək.