Parasetamol ana bətnində oğlan uşaqlarına ağır zərbə vurur

Britaniya alimləri bildiriblər ki, parasetamoldan mütamadi olaraq istifadə ana bətnində olan oğlan uşaqlarının sağlamlığına ciddi zərbə vurur. Edinburq universitetinin araşdırmaçıları siçanlar üzərində araşdırma aparandan sonra belə bir nəticəyə gəliblər. 7 gün ərzində parasetamol verilən siçanlarda kişi reproduktiv orqanlarının inkişafına cavabdeh olan əsas hormonun – testosteronun aşağı səviyyədə olduğu müəyyənləşib. 
Böyük Britaniya milli səhiyyə xidməti xəbərdarlıq edir ki, hamilə qadınlar bu dərmanı yalnız zəruri halda və az miqqdarda qəbul etməlidir. 
Başqa bir araşdırmada qeyd olunur ki, parasetamol dölün inkişafından qüsurlar yarada bilər. 
Məsələn, Hollandiyada aparılan araşdırma zamanı məlum olub ki, parasetamol qəbul edən hamilə qadınların inkişafdan qalan oğlan uşağı dünyaya gətirmək şansı yüksəkdir. Bu da reproduktiv sistemin pozulmasına gətirib çıxarır. 
azadlıq.info