Özünü binadan atan oğlan çempion imiş FOTOLAR

İki gün öncə Bakıda baş verən dəhşətli yanğın faciəsi 15 nəfərin həyatına son qoydu. Ölənlər arasında azyaşlı uşaqlar, gənclər, orta yaşlı nəslin nümayəndələri də var idi. Hadisə qurbanlarından ikisi binadan özünü ataraq həlak olub.
 
Onlardan biri orta yaşlı, digəri isə 27 yaşlı gənc Nəcəfov Yaşardır. Yaşar yanğın zamanı ölümlə mübarizə aparıb, canını qurtarmağa çalışsa da, bədbəxt hadisədən xilas ola bilməyib. 
 
Yaxınlarının verdiyi məlumata görə, ailənin yeganə övladı olan Nəcəfov Yaşar Fazil oğlu 1988 -ci ildə Hacıqabul rayonunda anadan olub. 
 
O, Azərbaycan Texniki Universitetini bitirib. Yaşar Yunan-Roma güləşi üzrə dəfələrlə regionlar arası yarışlarda birinci yerə çıxıb. O, respublika yarışlarında da yüksək yerlər tutub. Yaşar Bakıda supermarketlərdən birində adminstrator vəzifəsində çalışıb. 
 
Mərhum yanan binada kirayə tutduğu evdə yaşayırmış. 
 
Allah rəhmət eləsin. (AzVision.az)