
D.Medvedevin şəklini “Komsomolskaya pravda” qəzetinin müxbiri Dmitri Smirnov öz “Twitter” hesabında dərc edib.
Qeyd edək ki, Rusiya baş naziri yeni texnologiyalar və qacetlərə olan sevgisi ilə tanınır. 2013-cü ildə o, Rusiya istehsalı olan “YotaPhone”nin sahibi olub. Ümumiyyətlə, Medvedev “Apple” şirkətinin elektron məhsullarını çox sevir və bir neçə “iPhone” və “iPad” sahibdir. 2010-cu ildə “Apple” şirkətinin mərhum rəhbəri Stiv Cobs ona şəxsən “iPhone 4” smartfonunu hədiyyə edib ki, bu da bu smartfonun ABŞ-dakı rəsmi təqdimatından bir gün əvvəl baş tutub.
Xatırladaq ki, “Apple Watch” “ağıllı saatlar”ının rəsmi satışına aprelin 24-də ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Almaniya, Honkonq, Çin, Fransa və Yaponiyada başlanılıb. (İKT.lent.az)