«Hürriyet» Ərdoğanı təhqirə görə cərimələndi

Türkiyənin tanınmış nəşrlərindən olan «Hürriyet» qəzeti prezident Rəcəb Tayyib Ərdoğanın iddiası əsasında cərimələnib. Qəzet, həmçinin əməkdaşı Mehmet Yılmaz Ərdoğanı təhqir etməkdə ittiham olunur və bunun müqabilində 20 min lirə cərimə ödəməlidilər. Türkiyə prezidenti ona dəyən mənəvi zərərə görə 100 min lirə təzminat istəmişdi.
 
Məhkəmə iddiasına ötən il «Hürriyet» qəzetində «böyük rüşvət əməliyyatı» ilə bağlı yazının dərci səbəb olub. Hakim Selma Durdunun çıxardığı qərara görə, cəriməni qəzetin Direktorlar Şurasının sədri Vuslat Doğan Sabancı və məqalə müəllifi Mehmet Yılmaz ödəməlidir.
 
Gültəkin