
Dünyanın və Almaniyanın aparıcı avtomobil istehsalçılarından biri olan “Mercedes” yeni nəsil avtomobillərinin yığımında “Apple” şirkəti ilə əməkdaşlıq edəcək. Fins.az-ın xarici mətbuata istinadən yaydığı məlumata görə, “Apple”in “Car Play” texnologiyası “Mercedes”in “C-class” və “S-class” modellərində tətbiq olunacaq və bu, maşınları smartfonla idarə etməyə imkan verəcək. Yeni tətbiqin adı “MB Companion”dır.