
Saatda 200-lə gedir
Sedan və heçbek arasında yeni versiya olan “Granta Liftbek” 106 at gücündədir, 1,6 lirtlik mühərriklə təhciz edilib. Avtomobilin maksimal sürəti saatda 200 km-dir. Yanacaq sərfiyatı şəhər içi 7,8 litr, şəhərdən kənar yollarda isə 6,8 litrdir. Maşın mexaniki sürət qutusuna və kondisionerə malikdir.
“Maraqlananlar çoxdur, alan yoxdur”
“Granta Liftbek” modeli ilə maraqlananlar çoxdur. Ancaq hələ ki, bu maşınlardan biri də satılmayıb. Şəmsəddin Şəmsəddinov deyir ki, eyni təcrübə “Priora”da da olub: “Bir neçə nəfər alıb onun keyfiyyətini görəndən sonra “Priora”lar sürətlə satılmağa başladı. Düşünürəm ki, “Granta Liftbek”də də belə olacaq”. O, ilkin olaraq Bakıya 30-a yaxın “Granta Liftbek” avtomobilinin gətirildiyini bildirib. İyun ayından sonra model yeni opsiyalarda da təqdim ediləcək.
“Lada Granta”nın gücü artıb
2015-ci il model “Lada” avtomobillərində isə bəzi yeniliklər edilib. Məsələn, əvvəl 87 at gücündə 8 silindirli “Lada Granta”nın yeni modeli 106 at gücündə 16 silindirli mühərriklə təhciz edilib. Bundan başqa, həm “Lada Granta”, həm də “Lada “Kalina” avtomobillərinin interyer və eksteryeri dəyişdirilib. .
Qiymətlər 9600-10500 manat arasındadır
Yeni rus avtomobillərinin qiymətləri 9600-10500 manat arasında dəyişir. Məsələn, opsiyalardan aslı olaraq “Granta Liftbek” 9 800- 10 000 manata satılır. “Priora”, “Granta Sedan” və “Kalina Cros” 9600 manata, “Kalina Avtomat” isə 10 500 manat satılır. Avtomobilləri manatla kreditə götürmək mümkündür.