
Xəbəri xarici İşlər Nazirliyi yayıb.
Azərbaycanın Avropa Birliyinin əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu bildirilib. Bu sənəd əsasında Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın strateji müstəvidə inkişafı üçün imkanların yarana biləcəyi vurğulanıb.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar haqqında məlumat verən Elmar Məmmədyarov münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə Avropa İttifaqı tərəfindən aydın və birmənalı mövqenin bildirilməsinin vacibliyini diqqətə çatdırıb.
«Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa Birliyi arasında Strateji Tərəfdaşlıq haqqında Saziş» layihəsi nota ilə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Federica Mogherini-yə də təqdim olunub.