Yanan binanın yaxınlığında polislə yeni qarşıdurma VİDEO FOTO

Azadlıq prospektində vətəndaşlarla polis arasında qarşıdurma yaranıb. Hadisənin şahidləri bildirir ki, vətəndaşlar əllərində Azərbaycan bayrağı həmin ərazidə yanan  binaya tərəf yürüş etmək istəyirlər. Polisin müdaxiləsi vəziyyəti gərginləşdirib. Sosial şəbəkələrdə yayılan məlumata görə 2 nəfər polis tərəfindən saxlanılıb.
Xatırladaq ki, mayın 19-da Azadlıq prospektində penoplast üzlüklü çoxmərtəbəli binanın yanması nəticəsində 16 nəfər ölüb, 61 nəfər xəsarət alıb. Ölənlər arasında azyaşlı uşaqlar da var.