
Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Nicat Abbasov 15, Hüseyn Məmmədov 14,Elxan Mustafayev isə 13 il azadlıqdan məhrum edilib.
Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, qanunsuz silahlı birləşmələr yaratma, onlarda iştirak etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə 26 Azərbaycan vətəndaşı saxlanılıb.Onların Suriyada, Pakistanda və İraqda İŞİD terror təşkilatının tərkibində döyüşdükləri deyilir. Həbs olunanların cinayət işləri ayrı-ayrı icraatlarda məhkəməyə göndərilib.