Neftin qiyməti qalxdı

Dünya bazarında "qara qızıl"ın qiyməti tədricən qalxmağa başlayıb
 
Neftin dünya bazarlarında qiyməti yenidən qalxıb.
 
Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində kəskin bahalaşma qeydə alınıb.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.42 dollar (0.72%) artalaraq 58.41 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.45 dollar (0.70%) bahalaşaraq 64.47 dollar olub.
 
Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.