İcra edən tutuldu, bəs sifariş verən?

Mayın 1-da yanan 16 mərtəbəli  binanın üzlənməsini “Global Construction” şirkətinin həyata keçirdiyi məlumdur. “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
 
Qeyd edək ki, "Global Construction” tikinti şirkətinin bazasında yaradılmış “Global Stone” istehsal şirkəti binaların fasadlarının poliuretan üzlük materiallarla üzlənməsi üzrə xidmətlər göstərir. Bu şirkət Bakı şəhərində onlarla binanı poliuretan üzlük materialları ilə üzləyib.
 
Hüquqşünaslar bildirirlər ki, icraçı qədər sifarişçi də məsuliyyət daşıyır.
 
Hüquqşunüasların dediyinə görə, məlum hadisəyə görə cinayət işi açılırsa, binanın fəsadını üzləyən şirkətlə yanaşı, bu sifarişi verən və onun icrasına nəzarət etməli olan Binəqədi rayon icra hakimiyyətinin məsul şəxsləri və şəxsən icra başçısı Xaləddin İsgəndərov da məsuliyyət daşıyacaq.  
 
Şəhərdə üzlənən binaların yaxınlığında asılmış lövhələrdə isə belə bir məlumat yazılıb: “Binaların fasadlarında və dam örtüklərində aparılan təmir-bərpa işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Müvəqqəti narahatçılığa görə üzr istəyirik”.