Türkiyə hakerlər qrupu Almaniya hökumətinin 300-ə yaxın saytını dağıdıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Hakerler bu hərəkətlərini Almaniyanın qondarma erməni soyqırımını tanıması ilə əlaqələndirir.
Xatırladaq ki, Almaniya prezidenti Yoxail Qauk ölkə prezidentləri tarixində ilk dəfə olaraq 1915-ci il hadisələrini “soyqırım” kimi qiymətləndirmiş, Berlində ermənilərin təşkil elədiyi anım mərasiminə qatılmışdı.