Səudiyyə Ərəbistanı сəllad axtarır

Səudiyyə Ərəbistanı iş elanı verərək edam hökmlərinin icrası üçün сəllad axtardığını bəyan edib. Təkсə bu ilin dörd ayı ərzində ölkədə 85 məhkumun başı kəsilərək edam edilib. Edam cəzasının artması baş kəsən cəlladlara tələbatı artırıb. Elanda hazırda 8 cəllada ehtiyac duyulduğu bildirilir. Cəlladlar verilən cəzadan asılı olaraq məhkumun ya başını, ya da əlini kəsirlər. Ötən il ölkədə 88 belə edam cəzası gerçəkləşdirilib.
 
Gültəkin